İyun 20, 2026-22:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İslam İnkişaf Bankının Bakı Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun növbəti təsdiqidir

2026:06:19 - 17:14
in SİYASƏT
A A

2026-cı il iyunun 18-də Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi potensialının və geostrateji əhəmiyyətinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilə bilər. Tədbirdə Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin xarici siyasət prioritetlərini, iqtisadi inkişaf modelini və gələcək strateji hədəflərini əhatə etməklə yanaşı, Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində əldə etdiyi mühüm nəticələri də nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O bildirib ki, Azərbaycanın bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsi ölkəmizin İslam dünyasında və beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu, ilk növbədə, ölkədə mövcud siyasi sabitliyin, iqtisadi dayanıqlılığın və müstəqil siyasət kursunun nəticəsidir. Qlobal səviyyədə siyasi və iqtisadi qeyri-müəyyənliyin artdığı bir dövrdə beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi etimad ölkəmizin mövqelərinin möhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məsələlərdən biri Azərbaycanın müstəqil xarici siyasət kursu oldu. Son illərdə ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində təsir imkanlarının artdığını göstərir. Bu siyasət nəticəsində Azərbaycan müxtəlif siyasi qütblər arasında balanslı münasibətlər quraraq milli maraqlarını qorumağa və beynəlxalq dəstəyini genişləndirməyə nail olub.

Toplantıda səsləndirilən iqtisadi göstəricilər ölkənin maliyyə təhlükəsizliyinin yüksək səviyyədə olduğunu bir daha ortaya qoyur. Xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi, investisiya reytinqlərinin yüksəlməsi Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirən əsas amillərdir. Bu göstəricilər ölkənin daxili və xarici çağırışlara qarşı dayanıqlı iqtisadi sistem formalaşdırdığını göstərir.

Deputat qeyd edib ki, enerji siyasəti sahəsində əldə olunan nəticələr də dövlət maraqlarına xidmət edən əsas istiqamətlərdən biridir. Azərbaycanın 16 ölkəyə təbii qaz ixrac etməsi və Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsi ölkənin beynəlxalq mövqelərini gücləndirir. Bununla yanaşı, 2032-ci ilə qədər 8 giqavat həcmində bərpaolunan enerji gücünün yaradılması ilə bağlı planlar Azərbaycanın yaşıl enerji strategiyasının uğurla həyata keçirildiyini göstərir. Bu siyasət həm enerji ixracının şaxələndirilməsinə, həm də ölkənin ekoloji dayanıqlılığının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması məsələsinə geniş yer ayrıldı. Bu mövzunun beynəlxalq maliyyə təşkilatlarının yüksəksəviyyəli toplantısında səsləndirilməsi Azərbaycanın haqq işinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə inkişaf modelinin uğurla həyata keçirildiyini göstərir.

“Bütövlükdə, Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, yeni maliyyə və investisiya imkanlarının yaranmasına, Qarabağın bərpasına beynəlxalq dəstəyin güclənməsinə, ölkənin enerji və nəqliyyat mərkəzi kimi rolunun təsdiqlənməsinə, həmçinin milli maraqların beynəlxalq müstəvidə daha effektiv şəkildə irəli sürülməsinə xidmət edən mühüm siyasi və iqtisadi hadisə kimi dəyərləndirilir. Bu baxımdan Toplantılar Azərbaycanın strateji hədəflərinin reallaşdırılmasına və uzunmüddətli inkişaf məqsədlərinə mühüm töhfə verən beynəlxalq platforma kimi xüsusi əhəmiyyət daşıyır”, – deyə V.Qafarov vurğulayıb.

Əvvəlki Yazı

Tanker Sahibləri Assosiasiyası: Hörmüz boğazında gəmiçiliyin hərəkətini 80 mina dayandırıb

Növbəti Yazı

“Güclü Ermənistan” seçki nəticələri ilə bağlı bəzi hakimlərin məhkəmə prosesindən kənarlaşdırılmasını tələb edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.