İyun 12, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

2026:06:12 - 17:48
in Din və fəlsəfə
A A

AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Qalib Sayılovun “İslam dini ilə bağlı mərasimlərin folklor semantikası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi çıxışında İslam mərasimlərinin yalnız dini ayinlər toplusu deyil, eyni zamanda, dərin mənəvi, sosial və simvolik məna daşıyan mədəni hadisə olduğunu, semantik baxımdan bu mərasimlər insanın Yaradanla, cəmiyyətlə və daxili dünyası ilə münasibətlərini ifadə etdiyini deyib. Qeyd olunub ki, Azərbaycan xalq mədəniyyətində İslam mərasimləri bir sıra ənənəvi bayramlarla qarşılıqlı təsir şəraitində formalaşıb. Novruz bayramına müəyyən İslami elementlərin daxil olduğu kimi, İslam mərasimlərinə də xalq ənənəsinə məxsus komponentlər inteqrasiya olunub. Vurğulanıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalq mərasimləri ilə yanaşı, dini mərasimlər də ictimai-mədəni həyatın mühüm tərkib hissəsinə çevrilib. Qurban və Ramazan kimi İslam mərasimlərinin semantikası insanın mənəvi kamilləşməsi, Yaradanla bağlılığı, sosial həmrəylik və həyatın mühüm mərhələlərinin müqəddəsləşdirilməsi üzərində qurulub. Bu mərasimlər dini funksiyalarla yanaşı, mədəni yaddaşın və mənəvi dəyərlərin qorunmasında da mühüm rol oynayır.

Əvvəlki Yazı

Ombudsman Aparatı tərəfindən penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib

Növbəti Yazı

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan!

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.