ABŞ-İran danışıqlarından əvvəl Pakistan paytaxtında qırmızı həyəcan elan edilib. ” Dawn” qəzetinin məlumatına görə, İslamabadda ordunun nəzarətində olan çoxsəviyyəli sistemin bir hissəsi olaraq 10 mindən çox təhlükəsizlik işçisi yerləşdirilib.
Hərbi qulluqçular və Reyncerlər hökumət binaları kompleksi və diplomatik anklavın yerləşdiyi “Qırmızı Zona” adlanan ərazini xüsusi nəzarətə götürüblər. Əraziyə aparan bütün yollar bağlanıb. Müxtəlif nöqtələrə çevik reaksiya qüvvələri yerləşdirilib.
İki milyondan çox əhalisi olan şəhərin bütün əsas yollarında əlavə milli və paytaxt yol polisi postları yerləşdirilib. İslamabadda Amerika və İran danışıqları aparan şəxslər üçün ayrıca marşrutlar ayrılıb. Yüksək vəzifəli məmurlara təyin olunmuş şəxsi təhlükəsizlik işçilərinə mobil telefonlar və rəqəmsal saatlar da daxil olmaqla, hər hansı elektron cihaz gəzdirmək qadağan olunacaq.
Paytaxt administrasiyasının nümayəndələri yanğınsöndürmə xidməti və təcili yardım xidmətlərinin fəaliyyətini təmin etmək üçün əlavə tədbirlər də görüblər. (Tass)
