İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlər var.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
“Lynk & Co” və “Hyundai” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Hyundai”da olan iki nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
