İspaniya Baş nazirinin müavini Yolanda Diaz Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni ABŞ və İsrail arasında İrana qarşı münaqişədə beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Baş nazirin müavini jurnalistlərə bildirib ki, “Bu müharibə qanunsuzdur və BMT Nizamnaməsini pozur. Buna görə də Avropa Komissiyasının prezidentindən beynəlxalq legitimliyi müdafiə etməsini xahiş edirəm.” Diaz əlavə edib ki, “İran xalqını qorumaq üçün qeyd-şərtsiz beynəlxalq legitimliyə hörmət tələb etməliyik; başqa hər şey barbarlıqdır.” (Tass)
