İsrail qüvvələri Livanın cənubundakı Bint Cbeyl şəhərinin mühasirəsini başa çatdırıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının komandanı general-mayor Rafi Milo məlumat verib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, hərbi komandir bildirib ki, “Son günlərdə biz bu ərazini mühasirəyə aldıq və Bint Cbeil daxilində əməliyyatlara başladıq. Bu, əhəmiyyətli bir əməliyyat manevridir”.
Onun açıqlamasına görə, general Bint Cbeildə hərbçilərlə əməliyyat görüşü keçirib. “Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin qoşunları [Livanın cənubunda] bütün cəbhə xətti boyunca əməliyyatlar aparır və [şiə təşkilatı] Hizbullahın terrorçu infrastrukturunu məhv edir. Biz ölkənin şimal bölgələrində təhdidləri aradan qaldırmaq və sakinlərin təhlükəsizliyini təmin etmək üçün qətiyyətli hərəkət etməyə davam edəcəyik”, – deyə Milo qeyd edib.
