İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna yeni zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun məlumatına görə, zərbələrin hədəfi şiə Hizbullah hərəkatının silahlı birləşmələrinin İsrail ərazisini atəşə tutmaq üçün istifadə etdiyi buraxılış qurğuları olub.
Ordunun məlumatına görə, obyektlər Livanın cənubundakı Kəbriha və Kunin yaşayış məntəqələrinin yaxınlığında yerləşib. (Tass)
