İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Tehran və İsfahanda bir neçə hökumət hədəfinə zərbələr endirib.
Bəyanatda deyilir: “İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Tehran və İsfahanda İran rejiminə məxsus hədəflərə zərbələr endirib”.
Nazirlik əlavə edib ki, İsfahanda İsrail Müdafiə Qüvvələri “İsrail Dövlətinə qarşı istifadə üçün nəzərdə tutulmuş raketlər üçün atıcı qurğular və saxlama yerləri də daxil olmaqla, raket buraxılışları ilə əlaqəli onlarla hədəfə” hücum edib. (Tass)
