İsrailin xarici işlər naziri Gideon Saar Qəzza zolağı hakimiyyətinin səlahiyyətlərini Fələstin Texnokratik Komitəsinə verməyə hazır olduqlarını açıqlamasını radikal HƏMAS hərəkatının tərksilah edilməsinin qarşısını almaq cəhdi kimi qiymətləndirib. O, həmçinin bildirib ki, İsrail Qəzza zolağının silahsızlaşdırılması və HƏMAS-ın tərksilah edilməsində israr etməyə davam edəcək.
“Həmasın strategiyası sadədir: texnokratik hökumət üçün ‘yer açmaq’ istəyi HƏMAS-ın tərksilah edilməsinin qarşısını almaq üçündür. HƏMAS Qəzzada texnokratik komitənin zibil yığımı və bələdiyyə xidmətlərindən məsul olacağı, HƏMAS isə dominant hərbi qüvvə olaraq qalacağı bir ‘Hizbullah modeli’ ilə maraqlanır (Livandakı Hizbullah kimi ). İsrail [ABŞ Prezidenti Donald] Trampın HƏMAS və digər terrorçu təşkilatların tərksilah edilməsi, eləcə də Qəzza zolağının demilitarizasiyası planının tam şəkildə həyata keçirilməsində israr edir”, – Saar X-də yazıb. (Tass)
