İsrailin Livanın cənubunda atəşkəsi pozması qeydə alınıb. Livanın NNA xəbər agentliyinin məlumatına görə , İsrail artilleriyası cənubdakı Xiyam şəhərinə atəş açıb.
Agentliyin məlumatına görə, kəndə beş mərmi düşüb. Bundan əlavə, İsrail sərhədi yaxınlığında yerləşən cənubdakı Kuin kəndinə də artilleriya atəşi açıldığı bildirilib. NNA-nın məlumatına görə, təcili yardım maşını vurulub, nəticədə ölənlər var.
Cümə günü Bakı vaxtı ilə saat 01:00-da İsrail ilə 10 günlük atəşkəs qüvvəyə mindi. Razılıq Livan Prezidenti Cozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edildi.
