İsrail ordusu Livanın cənubunda yeni itkilər barədə məlumat verib.
Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: “7-ci briqadanın 75-ci batalyonunun sürücüsü, baş çavuş Basil Sveid cənubi Livanda əməliyyat tədbirləri zamanı həlak olub”.
Hərbçilər əlavə ediblər ki, “bu hadisə nəticəsində daha bir əsgər yaralanıb. O, tibbi yardım üçün xəstəxanaya təxliyə edilib”. (Tass)
