İrana zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələri uran filizi konsentratı istehsal edən zavoda hücum edib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
Müəssisə İranın mərkəzindəki Yəzd əyalətində yerləşir. İsrail tərəfinin məlumatına görə, “bu zavod İranda yeganə zavoddur ki, burada qalıq yanacaqlar uranın zənginləşdirilməsi üçün xammal kimi istifadə edilmək üçün mexaniki və kimyəvi emaldan keçir”. (Tass)
