İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” şiə təşkilatının silahlı birləşmələrinin komandirlərindən birini öldürüb. Bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti də təsdiqləyib.
Onun məlumatına görə, iyulun 8-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Livanın cənubundakı Kleyla kəndi ərazisini vurub, nəticədə Mustafa Həsən Salman məhv edilib. İsrail ordusunun məlumatına görə, o, Hizbullahın döyüş qanadının raket bölməsinin tərkibində döyüş əməliyyatlarında iştirak edib və İsrailə qarşı hücumların planlaşdırılması və həyata keçirilməsində iştirak edib.
Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri İsrail dövlətini qorumaq üçün Hizbullah terror təşkilatının yaratdığı təhlükəyə qarşı fəaliyyətini davam etdirəcək”.(Tass)
