Livanın cənubundakı Nəbati əyalətinin 16 kəndinin sakinləri İsrail ordusundan yaxınlaşan hava hücumları səbəbindən dərhal təxliyə olunmaq əmri alıblar.
İsrail ordusunun sözçüsü Avichai Edri ərəb dilində X-ə bildirib ki, şiə Hizbullah döyüşçüləri yuxarıda adı çəkilən kəndlərdən silahlı hücumlar həyata keçirmək üçün istifadə edirlər.
Ordu sözçüsü açıqlamasında bildirib ki, “Terrorçu Hizbullah atəşkəs razılaşmasını pozur və biz buna qarşı qətiyyətli tədbirlər görməyə məcburuq. Buna görə də, təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və Səidə şəhərinə doğru hərəkət etməlisiniz.”
Edri vurğuladı ki, “Hizbullah döyüşçülərinin, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs həyatını təhlükəyə atır”. (Tass)
