İsrail Müdafiə Qüvvələri (İMQ) son 24 saat ərzində Livanın cənubunda Hizbullahın 30 hədəfinə zərbə endirib. Bu barədə İMQ mətbuat xidməti məlumat verib.
Bəyanatda deyilir: “Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Hizbullahın 30 terrorçu infrastruktur obyektinə zərbə endirib. Hücum edilən hədəflər arasında hərbçilər “silah anbarları” və “müşahidə məntəqələri”ni qeyd ediblər.
Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, “İDF Livanın cənubunda əməliyyat keçirən əsgərlərə qarşı hücumlar həyata keçirən bir neçə Hizbullah terrorçusunu məhv edib”. (Tass)
