İsrail hakimiyyəti Qəzzada Fələstinin radikal HƏMAS hərəkatını məğlub etmək üçün İsrail Müdafiə Qüvvələrinin (IDF) planını təsdiqləyib; intensiv atəş, əhalinin təxliyəsi və yerüstü manevrlər vasitəsilə həyata keçiriləcək.
Bu barədə Yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz açıqlama verib.
“Biz İDF-nin Qəzzada HƏMAS-ı intensiv atəş, sakinlərin təxliyyəsi və yerüstü manevrlər vasitəsilə məğlub etmək planını təsdiqlədik”, o, X-də yazıb.(Tass)
