İsrailin Qəzza zolağında müharibəni bərpa etmək niyyəti yoxdur, lakin nizamlanmaya dair öhdəliklərinin bir hissəsi Həmas-ın tərksilah edilməsini də əhatə etməlidir. Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “Fox News” telekanalına müsahibəsində bildirib.
“Bizim müharibəni bərpa etmək niyyətimiz yoxdur, lakin öhdəliyin bir hissəsi, məsələn, HƏMAS-ın tərksilah edilməsi, onların silahlarını yerə qoymasıdır” deyib Saar.
O izah edib ki, hökumət sazişi təsdiqlədikdən dərhal sonra atəşkəs başlayacaq və bundan sonra Həmas bütün girovları 72 saat ərzində azad etməlidir. “Mən inanıram ki, bu, bu müharibəni bitirə bilər və bitirməlidir” deyə nazir yekunlaşdırıb
