İsrail Milli Məhkəmə Tibb İnstitutunun (NIFM) əməkdaşları bir gün əvvəl Qəzza zolağından İsrailə qaytarılan daha iki girovun qalıqlarının tanınmasını başa çatdırıblar. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İdentifikasiya prosesini başa vurduqdan sonra İDF rəsmiləri girovlar Arye Zalmanoviç və Tamir Adarın ailələrinə onların cəsədlərinin İsrailə qaytarıldığı barədə məlumat veriblər”, – məlumatda deyilir. (Tass)
