İsrail qüvvələri Qəzza zolağına hava hücumu təşkil edib. Bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Bəyanata görə, hücumun hədəfi radikal Fələstin HƏMAS hərəkatına məxsus hərbi obyekt olub. Ordu bildirib ki, Qəzza şəhərində yerləşən obyekt silah komponentlərinin istehsalı üçün istifadə olunurdu.
İsrail tərəfinin məlumatına görə, obyekt HƏMAS tərəfindən “hərbi potensialını bərpa etmək üçün” istifadə edilib. Ordu hesab edir ki, obyektin əməliyyatları anklavda “atəşkəs razılaşmasını açıq şəkildə pozaraq” həyata keçirilib.
Hərbçilərin məlumatına görə, hücum zamanı bir neçə HƏMAS yaraqlısının yerləşdiyi obyekt hücum nəticəsində dağıdılıb.
