İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bu səhər Livan paytaxtının cənub ətraf ərazilərinə, şiə Hizbullah hədəflərinin yerləşdiyi ərazilərə hava hücumu həyata keçirib. Bu barədə TASS-a mülki müdafiə xidmətindəki mənbə bildirib.
Mənbə bildirib ki, “Hücumlar Haret Horeik məhəlləsindəki bir binanı hədəfə alıb və göyə qalın tüstü sütunu buraxıb”. “İsrail ordusu hücum barədə xəbərdarlıq edən kimi sakinlər ərazidən qaçıblar”.
Gecə ərzində təyyarələr Beyrutun şərqindəki Hazmiya məhəlləsinə hücum edərək bir binanı dağıtdı. Paytaxtın Aramun ətrafındakı bombardman nəticəsində altı nəfər həlak olub. (Tass)
