Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot bildirib ki, İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu çərşənbə günü ABŞ-da keçiriləcək.
O qeyd edib ki, 2 mayda ABŞ-da keçirilən dördüncü raundda tərəflər hərtərəfli razılaşmaya yaxınlaşmaqda irəliləyiş əldə edə biliblər.
Piqott X-də yazıb: “Son 20 ilin çətinliklərini dəf edirik və Livanın suverenliyini bərpa etməyə və İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş hərtərəfli bir razılaşmaya doğru irəliləyirik”. (Tass)
