Səhiyyə Nazirliyinin açıqladığı hesabata görə, son 24 saat ərzində İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində ən azı doqquz nəfər həlak olub.
Hesabatda deyilir: “Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1247-yə, yaralılar isə 3680-ə çatıb. Martın 2-dən bəri İsrail hücumlarının qurbanı 1036 kişi, 124 uşaq və 87 qadın olub.”
