İsrailin müdafiə naziri İsrael Katz Livandan yəhudi ərazisinə gecə atəş açılmasından sonra Livanın şiə təşkilatı Hizbullahın baş katibi Naim Qassemi “məhv edilməli hədəf” adlandırıb.
Katz bildirib ki, “Hizbullah İsraili atəşə tutduğuna görə ağır bədəl ödəyəcək və İranın təzyiqi altında atəş açmağa qərar verən Naim Qassem artıq məhv edilməli olan hədəfdir”.
