İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın cənubunda şiə Hizbullah hərəkatının silahlı qanadının üzvünün idarə etdiyi motosikletə hücum edib. Livanın səsi radiostansiyası xəbər verir ki, şiə döyüşçü aldığı yaralardan hadisə yerində ölüb.
Onun sözlərinə görə, insident cənub magistralının Ayn-Baal və Bazuriya yaşayış məntəqələri arasında olan hissəsində baş verib.
Sentyabrın 9-da İsrailin pilotsuz təyyarəsi Beyrutun 30 km cənubunda yerləşən Barji bölgəsində bir Hizbullah üzvünü öldürüb. (Tass)
