Psixoloq Taryel Faziloğlu mülahizəsinə görə, əgər kimsə sizdən nə isə gizlədirsə və siz bu məsələni bilmək istəyirsinizsə, bunun müəyyən yolları var. Siz şübhəli nəzərlərlə həmən şəxsə baxırsınız və müəyyən eyhamlar atırsınız, özünüzü elə göstərirsiniz ki, sanki bu barədə müəyyən qədər bilirsiniz və yaxud tamamilə bilirsiniz. Qarşı tərəf bundan narahat olacaq, sizin məhz nəyi bildiyinizi öyrənmək üçün məsələni açmağa vadar olacaq.