Ukraynanın 100-150 ədəd JAS 39 Gripen E döyüş təyyarəsi alması üçün ödəniş Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə həyata keçirilə bilər. Bu barədə müdafiə naziri Poul Conson SVT televiziyasında bildirib.
“Biz Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanlarını nəzərdən keçiririk.
Bu modelin bir qırıcısının qiyməti təxminən 800 milyon kron (85 milyon dollar) təşkil edir. 100 təyyarə sifarişi 80 milyard krona (8,5 milyard dollar) başa gələcək.
Çərşənbə günü İsveçin baş naziri Ulf Kristersson Vladimir Zelenski ilə müdafiə məsələlərinə dair niyyət məktubu imzalayıb. İsveç baş nazirinin sözlərinə görə, Stokholm Kiyevə 100-150 JAS 39 Gripen E qırıcıları satmağı planlaşdırır. (Tass)
