Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr hazırda terrorizm və kiberhücumlar da daxil olmaqla bir sıra transmilli təhdidlərlə üzləşirlər. Bunu Qırğızıstan prezidenti Sadır Japarov Bişkekdə ŞƏT üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin 21-ci iclasının iştirakçıları ilə görüşdə bildirib.
Qırğızıstan dövlət başçısının mətbuat xidməti bildirib ki, “Sadır Japarov bu gün ŞƏT ölkələrinin üzləşdiyi əsas çətinlikləri sadalayıb. Bunlara artan geosiyasi gərginlik, Yaxın Şərqdə silahlı münaqişələr, eləcə də terrorizm, separatizm, ekstremizm, narkotik qaçaqmalçılığı və kiberhücumlar da daxil olmaqla transmilli təhdidlər daxildir”.
Prezidentin sözlərinə görə, Qırğızıstan beynəlxalq mübahisələrin həlli üçün siyasi və diplomatik metodları daim müdafiə edir. O, hesab edir ki, hətta ən çətin dialoq belə “silahlı qarşıdurmadan daha üstündür”.
