16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2 iyun 2026-cı il tarixində Xırdalan şəhərində, Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Abşeron və Zəngilan rayonları sakinləri qəbul edəcək.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.