16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Kərim Vəliyev Qətərdə beynəlxalq dəniz müdafiə konfransında iştirak edir

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 9-cu Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (“DIMDEX 2026”) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Dəniz təhlükəsizliyi və müdafiə sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma hesab olunan “DIMDEX 2026” sərgisinin rəsmi açılış mərasimindən sonra general-polkovnik K.Vəliyev və digər ölkələrdən olan rəsmi nümayəndə heyətləri sərgi pavilyonlarında yerləşən stendlərə baxış keçiriblər.