Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ-nin Ukraynadakı münaqişənin həlli çərçivəsində Rusiyaya qarşı öz tələblər siyahısı olmalıdır.
Reuters agentliyi Kallasın sözlərini sitat gətirib: “Danışıqlar masasında oturan hər kəs, o cümlədən ruslar və amerikalılar, (sülh sazişi bağlamaq üçün) avropalıların razılığına ehtiyac duyduqlarını başa düşməlidirlər. Və bunun üçün də şərtlərimiz var. Və ruslar üçün şərtlər qoymalıyıq.”
Daha əvvəl diplomatik xidmət rəhbəri Kiyevin münaqişəyə son qoymaq üçün “ciddi ərazi güzəştlərinə” getməli olacağını iddia etmişdi. (Tass)
