Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Avropanın nüvə silahlarından çəkindirmə qabiliyyəti ilə bağlı açıq müzakirəyə çağırıb.
Kallas DPA xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, “Mən bu müzakirələrin səbəblərini başa düşürəm və inanıram ki, biz onları aparmalıyıq”. O bildirib ki, səbəb transatlantik alyansın “artıq əvvəlki kimi olmamasıdır”. Eyni zamanda, Aİ-nin baş diplomatı tələsik nəticələr çıxarmaqdan çəkinib. “Mənim şəxsi fikrim budur ki, dünyada daha çox nüvə silahı olarsa, biz daha dinc və ya daha az təhlükəli bir dünyada yaşamayacağıq”, o deyib və əlavə edib ki, tarazlıq qorunmalıdır.
Eyni zamanda, Kallas qeyd edib ki, Avropa İttifaqı bu kimi məsələlərdə birbaşa üzv dövlətlərdən asılıdır. “Lakin biz mütləq Aİ ölkələri ilə birlikdə bu müzakirələrdə iştirak etməyə hazırıq”, – deyə o, yekunlaşdırıb. (Tass)
