Kambocanın Baş naziri Hun Manet 19 fevralda Vaşinqtonda keçiriləcək Qəzza Sülh Şurasının ilk iclasında iştirak etmək üçün ABŞ-a uçub. Bu barədə Cambodian Press Agentliyi məlumat yayıb.
ABŞ paytaxtında Kambocanın baş naziri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək üçün ABŞ rəsmiləri və bir sıra digər ölkələrin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək. Agentliyin məlumatına görə, səfərindən sonra Hun Manet müxtəlif qurumların nümayəndələri ilə danışıqlar aparmaq üçün Cenevrə və Brüsselə gedəcək.
Bundan əvvəl Kambocanın Baş naziri ölkənin Sülh Şurasına qoşulacağını, lakin daimi üzvlük üçün 1 milyard dollar ayırmayacağını açıqlamışdı.
