İyul 26, 2026-9:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda

2026:07:24 - 14:02
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor, prodüser Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” sənədli filmi Sarayevo Film Festivalının müsabiqə proqramına seçilib.

Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) dəstəyi ilə ərsəyə gələn “Kapitan və Xəzər dənizi” qısametrajlı sənədli filmi Avropanın ən nüfuzlu kino tədbirlərindən biri olan Sarayevo Film Festivalının sənədli filmlər bölməsinin rəsmi proqramına seçilib və mükafat uğrunda mübarizə aparacaq.

Sarayevo Film Festivalı (SFF) Avropa və dünya kinosunun mühüm platformalarından biri hesab olunur. Festivalın sənədli filmlər bölməsi Amerika Kino Akademiyasının mükafatlarına (Oskar) birbaşa kvalifikasiya hüququ verir. Bu bölmədə qalib gələn tammetrajlı sənədli film növbəti mərhələdə “Oskar” mükafatının müvafiq kateqoriyası üzrə iddialılar siyahısına daxil olmaq imkanı əldə edir.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. 2023-cü ildə ARKA tərəfindən keçirilmiş “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qaliblərindən olan bu layihə, animasiya və arxiv materiallarının hibrid formasında işlənməsi ilə fərqlənir. Filmin animasiya hissəsi “Harmony of Chaos” studiyasında istehsal olunub.

Ekran əsəri 1990-cı ilin 20 Yanvar faciəsindən, həmin dövrdə Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də tarixi hadisələri lentə alan jurnalist və operatorların fədakarlığından bəhs edir.

Qeyd edək ki, “Kapitan və Xəzər dənizi” layihəsi istehsal dövründə Krakov Film Festivalının market proqramında, həmçinin “Beldocs Pitching Forum” və “Balkan Watchers” platformalarında iştirak edib. Filmin ərsəyə gəlməsinə Azərbaycan Kinematoqrafçılar İttifaqı və İctimai Televiziya tərəfindən dəstək göstərilib.

Əvvəlki Yazı

Slovakiyanın xarici işlər naziri ölkənin “könüllülər koalisiyasına” qoşulduğu barədə məlumatları təkzib etdi

Növbəti Yazı

CNN: ABŞ Energetika Nazirliyi Trampı Səudiyyə Ərəbistanı ilə razılaşma barədə xəbərdar etməyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.