Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən Vladimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı irəli sürülən ittihamların arxasında ABŞ dayanır. Bu fikri TASS-a keçmiş SBU zabiti Vasili Prozorov da bölüşüb.
“Ona qarşı bu ittihamları kimin irəli sürdüyünə diqqət yetirməliyik – NABU və SAP. Vurğulayıram ki, bu agentliklərin hər ikisi tamamilə Amerikanın nəzarəti altındadır. Onlar ABŞ Ədliyyə Nazirliyinin nəzarəti altında təlim keçiblər, ABŞ büdcəsi tərəfindən maliyyələşdirilirlər və ABŞ büdcəsindən və Amerika agentlikləri tərəfindən texniki avadanlıqlar, nəqliyyat vasitələri və silahlarla təmin olunurlar. Yermaka qarşı irəli sürülən ittihamların arxasında ABŞ dayanır”, – deyə o bildirib. (Tass)
