“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı” uzun illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərib, bu ilin sentyabr ayında Baş nazir Əli Əsədovun imzaladığı qərarla Balıqçılıq və Akvakultura Mərkəzinə verilib. Bundan başqa, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” MMC də ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Kənd Təsərrüfatı Nazirliyinə ötürülüb.
