Avqust 3, 2026-15:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kitabxana əməkdaşları Azərbaycan Dili Günü münasibətilə silsilə materiallar hazırlayıblar

2026:07:31 - 13:02
in MƏDƏNİYYƏT
A A

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bu günün tarixindən, əhəmiyyətindən bəhs edən biblioqrafik icmal, dövri mətbuatın elektron bazası, ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda Azərbaycan Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir. Virtual sərgidə bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar haqqında məlumatlar öz əksini tapır.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.

“Dili yaşadan onun mənsub olduğu xalqdır” adlı biblioqrafik icmalda bu günün təsis edilməsi haqqında ümumi məlumatlarla yanaşı, akademik Nizami Cəfərovun “Azərbaycan dilinin “Tərcümeyi-hal”ı, filologiya elmlər doktoru Nadir Məmmədlinin “Müstəqillik illərində Azərbaycan dilinə Heydər Əliyev qayğısı”, filologiya elmləri doktoru Nəriman Seyidəliyevin “Ana dilimiz milli varlığımızdır” adlı məqalələrin tam mətni yer alır. Kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda görkəmli şəxslərin dəyərli fikirləri, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyevin dil siyasəti”, “Qədim türk yazılı abidələrinin dili”, “Dildən dilçiliyə”, “Dilimiz, düşüncəmiz”, “Müasir Azərbaycan dilinin üslubiyyatı”, “Tarixi yaddaş milli dil güzgüsündə”, “Azərbaycanşünaslıq məsələləri” kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 2024-2026-cı illəri əhatə edən dövri mətbuat nümunələrinin siyahısı yer alır.

Kitabxananın rəsmi saytında “Ana dili” adlı dövri mətbuatın elektron bazası yaradılıb. Burada istifadəçilər işlək keçidlər vasitəsilə müxtəlif internet platformalarında, xəbər saytlarında ana dili mövzusunda qələmə alınan məqalələrin elektron versiyası-tam mətni ilə tanış ola bilərlər.

Kitabxanada “1 Avqust – Azərbaycan Dili Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Ana dilimiz varsa, biz də varıq” adlı biblioqrafik vəsait sərgilənməkdədir.

Əvvəlki Yazı

Ucarda yük və minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb

Növbəti Yazı

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.