Aprel 19, 2026-17:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

2026:03:10 - 17:26
in SİYASƏT
A A
10 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri barədə məlumat verilib.

Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsində bir-birini dəstəklədiyi məmnunluqla bildirilib.

Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin faydalı olduğu diqqətə çatdırılıb.

Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Əvvəlki Yazı

Cərimənin məcburi tutulması qaydası dəyişib

Növbəti Yazı

Türkiyə və Azərbaycanın enerji qovşaqları qismində strateji rolu artır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.