İyun 4, 2026-21:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Komitə sədri: Azərbaycanda dini dəyərlər ictimai mühitin ayrılmaz hissəsi kimi qorunur

2026:06:04 - 12:19
in Din və fəlsəfə
A A
Azərbaycanda dini dəyərlər ictimai mühitin ayrılmaz hissəsi kimi qorunur.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə keçirilən “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfransdakı çıxışında deyib.

Komitə sədri bildirib ki, multikulturalizm ənənələrinin beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən layihələr Azərbaycanın bu sahəyə verdiyi yüksək qiymətin bariz nümunələridir:

“Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun öz çoxşaxəli fəaliyyəti ilə zəngin mədəni və dini mirasın qorunmasında, bərpasında və dünyaya tanıdılmasında çox böyük xidmətləri var. Fond tərəfindən ölkəmizin müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş torpaqlarımızdakı tarixi-dini abidələrin, məscidlərin, ziyarətgahların yenidən tikilməsi və bərpası, Azərbaycanın multikulturalizm ənənələrinin beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən layihələr bu sahəyə verilən yüksək qiymətin bariz nümunələridir.

Dünya mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər isə ölkəmizin sivilizasiyalararası dialoq və humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Məhz dini tolerantlığın, eləcə də inklüzivlik və mədəni rəngarəngliyin qorunması sahəsindəki bu ardıcıl fəaliyyət cəmiyyətdə vətənpərvərlik ruhunun daha da qüvvətlənməsinə dəstək olub. Bu reallıq isə xüsusilə Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəylik və dövlətə sədaqətdə öz parlaq ifadəsini tapıb”.

R.Məmmədov ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu vurğulayıb:

“Xalqımızın çətin məqamlarda göstərdiyi birlik bir tərəfdən siyasi və ictimai iradənin, digər tərəfdən isə ölkəmizdə formalaşmış sabitliyin, müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimad mühitinin göstəricisidir. Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması və dini dəyərlərin ictimai mühitin ayrılmaz hissəsi kimi qorunması Azərbaycançılıq məfkurəsinin uğurla reallaşdığını göstərir”.

Əvvəlki Yazı

Azərbaycan məcburi köçkünlərin reinteqrasiyası sahəsində dünyaya mühüm nümunə təqdim edir

Növbəti Yazı

Doktorantura və fəlsəfə doktoru imtahanlarının qrafiki müəyyənləşib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.