Avqust 17, 2026-13:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Könül Səmədova: Ana dili milli kimliyin formalaşmasında əsas və əvəzolunmaz rol oynayır

2026:01:21 - 17:59
in MƏDƏNİYYƏT
A A

Ana dili milli kimliyin formalaşmasında əsas və əvəzolunmaz rol oynayır. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni kodu, düşüncə tərzi və mənəvi varlığıdır. Məhz ana dili milli kimliyi nəsildən-nəslə ötürən, onu qoruyan və yaşadan başlıca amildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Könül Səmədova bildirib.

Professor qeyd edib ki, Azərbaycan xalqının tarixi taleyi dilin milli kimliyin qorunmasında həlledici rolunu açıq şəkildə göstərir: “Əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamışıq, siyasi və mədəni basqılarla üzləşmişik, torpaqlar itirmişik. Lakin ana dilimizi qorumuşuq. Bu assimilyasiyaya qarşı səssiz amma davamlı müqavimət forması olub”.

Könül Səmədovanın sözlərinə görə, qloballaşma dövründə ana dilinin üzləşdiyi təhlükələr artıq açıq qadağalar və ya zorakı assimilyasiya ilə deyil, daha incə və hiss olunmadan baş verən proseslərlə bağlıdır.

“Dil tədricən arxa plana keçir. Müasir informasiya mühiti, sosial şəbəkələr, texnologiya əsaslı ünsiyyət formaları ana dilinin təbii axarını zəiflədir. Gənclər sürətli, qısaldılmış, qarışıq dildə ünsiyyətə alışır, ana dilinin ifadə imkanlarından uzaqlaşırlar. Bu, dilin inkişafı yox, onun təhrifidir. Qloballaşmanın yaratdığı başqa bir təhlükə də kompleksdir. Bəzən yad dillər prestij göstəricisi kimi qəbul olunur, ana dili isə ikinci plana keçirilir. Bu isə milli özünüdərk üçün ciddi təhlükədir”, – deyə o əlavə edib.

Professor gündəlik danışıqda yad sözlərin artmasına da münasibət bildirib. Onun fikrincə, bu hal hər zaman dilin zənginləşməsi demək deyil, çox vaxt öz dilinə inamsızlığın və mədəni kompleksin göstəricisidir: “Ana dilində qarşılığı olan anlayışları yad sözlərlə əvəz etmək nə elmi, nə mədəni, nə də intellektual üstünlükdür. Əksinə, bu, dilə etinasızlıqdır. Beynəlxalq terminlər yalnız zərurət yarandıqda qəbul edilə bilər. Lakin gündəlik danışıqda ana dilinin kölgəyə salınması təhlükəli tendensiyadır. Xüsusilə ziyalılar, jurnalistlər və media nümayəndələri bu baxımdan böyük məsuliyyət daşıyırlar. Çünki cəmiyyət dil davranışını məhz onlardan öyrənir”.

Dilin inkişafı ilə saflığı arasındakı tarazlıq məsələsinə də toxunan Könül Səmədova vurğulayıb ki, bu anlayışları qarşı-qarşıya qoymaq doğru deyil: “Dil canlı sistemdir, dəyişir, yeni anlayışları ifadə etməlidir. Lakin bu inkişaf dilin öz daxili qanunları əsasında baş verməlidir. Azərbaycan dili zəngin dildir, geniş ifadə imkanlarına malikdir və istənilən elmi, texniki, fəlsəfi fikri ifadə etməyə qadirdir. Bu dilə inanmaq və onu praktikada istifadə etmək dilin həm inkişafını, həm də saflığını təmin edən əsas şərtdir”.

Əvvəlki Yazı

Sülh Şurasında iştirak Prezident İlham Əliyevin yeni dünya nizamına strateji baxışının tərkib hissəsidir

Növbəti Yazı

“Muzeydə mühazirə” layihəsi davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.