Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçiriləcək görüş barədə məlumatı olmadığını bildirib.
Daha əvvəl bu görüşün keçirilməsi faktını Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləmişdi.
Kremlin sözçüsü brifinqdə bildirib ki, “Xeyr, bu görüş barədə heç bir məlumatım yoxdur, ona görə də sizə deyəcək bir şeyim yoxdur”.
