Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərini planlaşdırarkən beynəlxalq vəziyyətlə bağlı bütün təhlükələri nəzərə alır. Bu barədə TASS-a baş katib İmanqali Tasmaqambetov bildirib.
Ona KTMT-nin gələn il təlimlər planlaşdırarkən Qərb təhdidlərini nəzərə alıb-almayacağı soruşulub. “Əlbəttə, biz beynəlxalq vəziyyətlə bağlı bütün amilləri, o cümlədən KTMT-yə üzv ölkələrin sərhədləri boyunca yarana biləcək təhlükələri nəzərdən keçiririk”, – deyə o, cavab verib. (Tass)
