ABŞ hərbçiləri tərəfindən Venesuela sahillərində neft tankerinin ələ keçirilməsi, bu ölkənin Kubaya karbohidrogen tədarükü də daxil olmaqla, təbii sərvətləri ilə ticarət etmək hüququnu pozur. Karib respublikasının Xarici İşlər Nazirliyi bu barədə bildirib.
Bəyanatda deyilir: “Bu addım, Venesuelanın təbii sərvətlərini sərbəst şəkildə istismar etməsi və digər ölkələrlə ticarət etməsi, o cümlədən Kubaya karbohidrogen tədarükü kimi qanuni hüququnu həyata keçirməsinin qarşısını almaq üçün ABŞ-ın eskalasiyasının bir hissəsidir”.
Kuba Xarici İşlər Nazirliyi vurğulayıb ki, “bu piratçılıq və dəniz terrorizmi aktı beynəlxalq hüququn, o cümlədən BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasının və Dəniz Gəmiçiliyinin Təhlükəsizliyinə Qarşı Qanunsuz Aktların Qarşısının Alınması haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır”. Kuba Xarici İşlər Nazirliyi bildirib ki, “ABŞ hökuməti beynəlxalq ictimaiyyətə zərər verən bu cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”. (Tass)
