Latviya hökuməti Latviya-Belarus sərhədində gücləndirilmiş sərhəd nəzarəti rejimini daha altı ay, 2026-cı il iyunun 30-dək uzadacaq.Bu barədə Delfi portalı qərar layihəsinə istinadən məlumat yayıb.
Belarusla gücləndirilmiş sərhəd nəzarəti dekabrın 31-dək qüvvədə qalır. Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi bəyan edir ki, “qanunsuz immiqrasiyadan gələn təzyiq sabit və yüksək olaraq qalır”.
Agentliyin məlumatına görə, 2025-ci ildə Latviya sərhədçiləri 11800-dən çox sərhədi qanunsuz keçmə cəhdinin qarşısını ala biliblər. (Tass)
