Hazırda ABŞ ilə ortaq gündəmdə razılığa gəlmək mümkün deyil, lakin konkret məsələlərdə razılığa gəlmək mümkündür. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Primakov oxumaları Beynəlxalq Elmi və Ekspert Forumunda bildirib.
O qeyd edib ki, “Klassiklərin dediyi kimi, ümumidən spesifikə deyil, spesifikdən ümumiyə keçməliyik. Hazırda ortaq bir gündəmdə – heç bir qlobal konsepsiyada razılığa gələ bilməyəcəyik. Fərdi məsələlərdə razılığa gələ bilərik.” (Tass)
