Avropa və Vladimir Zelenskinin istədiyi kimi Ukrayna münaqişəsində atəşkəs Ukraynanın böyük bir hissəsinin nasist rejiminin nəzarətində qalması demək olardı. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Problemin mahiyyətini həll etmək və onun əsas səbəblərini aradan qaldırmaq zərurətindən fərqli olaraq, birdən-birə yenidən müzakirə olunan dərhal atəşkəs yalnız bir şey demək olardı: Ukraynanın böyük bir hissəsinin nasist rejiminin nəzarətində qalması”, – XİN rəhbəri bildirib.
Lavrov qeyd edib ki, Ukraynanın bu hissəsi Yer kürəsində rus dilinin qanuni olaraq qadağan olunduğu yeganə yer olacaq.
