Rusiyanın xarici işlər naziri Sergey Lavrov əmindir ki, İran sivilizasiyasını anlamadan, bu ölkəni əhatə edən problemləri həll etmək mümkün olmayacaq.
“İran İslam Respublikası ilə münasibətlərdə yaranan problemləri bu qədim sivilizasiyanın tarixinə dərindən nəzər salmadan həll etmək mümkün deyil”, – deyə Rusiya xarici işlər naziri Rusiya İctimai Televiziyasına verdiyi müsahibədə bildirib. Müsahibənin mətni Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Lavrov əlavə edib ki, “bir çox xalqın milli qürur adlı bir xüsusiyyəti olduğunu və vəd edilmiş heç bir maddi nemət müqabilində bu xüsusiyyəti qurban verməyə hazır olmadığını anlamadan”. (Tass)
