Avropa ölkələri Ukrayna böhranının həllində iştirak edə bilməyib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və Belarus xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Hər dəfə irəliləyiş əldə olunduqda, müqavilələr – istər müvəqqəti, istərsə də daha davamlı, uzunmüddətli – pozulmuşdu. İndi avropalı həmkarlarımız yüksək səslə yeni “Minsk” olmayacağını bəyan edəndə, Avropasız heç nəyə qərar vermək mümkün deyil, çünki bu, bizə birbaşa təsir edir. Avropa isə 2014-cü ildən bəri hər bir hesabda uğursuzluğa düçar oldu, Lavrov bildirib.
Nazir xatırladıb ki, Fransa və Almaniyanın açıq şəkildə etiraf etdiyi kimi, Minsk razılaşmalarını pozan Avropa olub. O, həmçinin vurğulayıb ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson vasitəsilə də olsa, Vladimir Zelenskini Ukrayna nümayəndə heyətinin 2022-ci ilin aprelində İstanbulda özünün təklif etdiyi müqavilələri imzalamaqdan çəkindirən Avropa olub.
“Beləliklə, Avropa, indi “Bizsiz heç nə etməyə cəsarət etmə” deyəndə, sizin artıq şanslarınız var idi, amma siz onlardan istifadə etmədiniz, sadəcə olaraq, onları havaya uçurdunuz” deyib. (Tass)
