Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-ın sualına cavab olaraq bildirib ki, Moskva və Kiyev arasında danışıqların ikinci raundunu təşkil etmək üçün yenidən Türkiyəyə üz tutacaq, “İstanbulda çox yaxşıdır”.
“Rusiya və Ukrayna arasında danışıqların ikinci raunduna gəlincə, məndən soruşsanız, yenə də türk dostlarımıza müraciət edərdim. İstanbul çox yaxşıdır”, – nazir Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Mayın 16-da İstanbulda 2022-ci ildən bəri ilk dəfə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlar aparılıb. (Tass)
