İyun 19, 2026-6:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Lerikdə dini təhlükəsizlik və ideoloji təhdidlər mövzusunda regional konfrans keçirilib

2026:06:18 - 14:55
in Din və fəlsəfə
A A
Lerikdə “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda regional konfrans keçirilib.

“Report”un Cənub bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Komitəsi ilə Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransın əvvəlində Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirib ki, güclü dövlət milli və dini irsin qorunmasının əsas təminatçısıdır. Dini sahədə həyata keçirilən maarifləndirmə tədbirləri dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlıq və vahid ictimai düşüncənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər milli-mənəvi dəyərlərin təbliği, dini həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin sağlam ideoloji mühitdə formalaşmasına töhfə verir.

Eyni zamanda, bu, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə məscidlərin və digər dini-mədəni abidələrin bərpası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz göstəricisidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda dövlət və din münasibətləri fonunda qarşıya çıxan əsas ideoloji təhlükələr haqqında danışaraq, İslam dəyərlərinin azərbaycançılıq məfkurəsi ilə vəhdətdə qorunmasının vacibliyi vurğulayıb. Qeyd edib ki, din pərdəsi altında başqa xalqların həyat tərzinin və təfəkkürünün cəmiyyətə yeridilməsi, dinin siyasiləşdirilərək ibadət yerlərinin ideoloji alətə çevrilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar birbaşa milli təhlükəsizliyə təhdiddir.

G.İsmayılov Azərbaycana xas olan multikulturalizm, tolerantlıq və məzhəblərarası dinc yanaşı yaşama ənənələrinin qorunmasının, dindarlıqla məzhəbçiliyin bir-birindən fərqləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, radikalizmlə mübarizədə maarifləndirmə, düzgün dini təhsil və gənclərin adət-ənənələrə bağlı yetişməsi mühüm əhəmiyyət daşıyır. Dini təhlükəsizliyin və mədəni irsin qorunması dövlətlə yanaşı, cəmiyyətin ümumi məsuliyyətidir və bu istiqamətdə birgə fəaliyyət göstərilməsi vacibdir. Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qaldığını vurğulayan V.Qafarov ölkədə dini etiqad azadlığının təmin edildiyini, müxtəlif dini konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini qeyd edib.

Tədbir işini “Qloballaşma prosesində din amili” və “İdeoloji çağırışlar kontekstində dini radikalizm” mövzuları üzrə panel müzakirələrlə başa vurub.

Əvvəlki Yazı

İlham Əliyev Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul etdi

Növbəti Yazı

Azərbaycanda dənizçilərin sertifikatlarının yenilənməsi sadələşdirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.