İyul 11, 2026-6:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Leyla Əliyeva: Bakıda böyük transformasiya prosesi gedir, şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir

2026:05:20 - 15:27
in SİYASƏT
A A
IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirkliliyi ilə bağlı məlumatlandırma, sənədli filmlərin və sərgilərin hazırlanması kimi çoxsaylı layihələr həyata keçirib.

APA xəbər verir ki, bu, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın WUF13 çərçivəsində “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransın iştirakçılarına mesajında qeyd olunub.

“Biz şəhər mühitini yaxşılaşdırmaq, şəhərləri insanlar və təbiət üçün daha yaxşı məkana çevirmək istiqamətində çalışırıq. IDEA məkanları daha yaşıl və hər yaşdan insanlar üçün əlçatan ictimai məkanlara çevirir. Bu da insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava almağa təşviq edir. Daha dayanıqlı ətraf mühitin yaradılması üçün yaşayış ərazilərində yaşıl sədlər quraşdırılır”, – mesajda bildirilib.

Vurğulanıb ki, IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı fəal şəkildə dəstəkləyir.

“Biz həmçinin plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi üçün sahilyanı təmizlik kampaniyaları təşkil edirik. Bu günə qədər 120 tondan artıq tullantı toplanaraq utilizasiya olunub. Bütün bu fəaliyyətlərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, həmçinin gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir”, – mesajda deyilir.

Diqqətə çatdırılıb ki, hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən böyük risk faktorudur: “Bu problem ürək, tənəffüs sistemi xəstəliklərinə və bir çox digər sağlamlıq problemlərinə səbəb olur. Hər il 5 yaşdan aşağı təxminən 700 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir. Təmiz hava olmadan sağlam şəhər mümkün deyil. Bu, xüsusilə uşaqlar arasında şəhər icmalarının məhsuldarlığı üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan bu çağırışı anlayır və havanın keyfiyyətini şəhərsalma siyasətinin əsas hissəsinə çevirmək üçün addımlar atır. Hazırda Bakıda böyük transformasiya prosesi gedir. Şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir. Bu məqsədə daha yaxşı ictimai nəqliyyat, yaşıl məkanlar və təmiz enerji vasitəsilə nail olunması planlaşdırılır. Bütün bu təşəbbüslər müasir və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir”.

Əvvəlki Yazı

WUF13-də Azərbaycanda yaşlı insanların hüquqlarının qorunması istiqamətində işlərdən danışılıb

Növbəti Yazı

Özünüməşğulluq proqramı üzrə daha 120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.